Braziliya millisində istefa

Braziliya millisində istefa

Braziliya millisinin baş məşqçisi Fernando Dinis istefaya göndərilib. Bu barədə qərarı Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges verib.

O, mütəxəssisin yığma ilə paralel çalışdığı “Fluminense”nin prezidenti Mario Bittenkura zəng vuraraq qərarını açıqlayıb. Milli Dinisin rəhbərliyi altında DÇ-2026-nın seçmə mərhələsində 6 oyun keçirib. 2 qələbəsi olan komanda 1 heç-heçə edib və 3 dəfə uduzub.

Yığmaya 1 illik gətirilən Dinis 2024-cü ilin iyununa qədər postunda qalmalı idi. Milli komandada onu “San-Paulu”nu çalışdıran Dorival Juniorun əvəz edəcəyi gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

Gənclərin dünya yığması

Növbəti yazı

Avroliqa tarixində yeni rekord