Braziliya – İsveçrə oyununda işıqlar söndü

Braziliya – İsveçrə oyununda işıqlar söndü

DÇ-2022-nin 9-cu oyun günü xoşagəlməz hadisə ilə yadda qalıb. G qrupunun Braziliya – İsveçrə matçının birinci hissəsində işıqlar sönüb.

Oyunun 44-cü dəqiqəsində yaşanan hadisə cəmi 5 saniyə çəkib. Dohadakı “974” stadionunda keçirilən matçda ilk yarı başa çatıb.

Birinci 45 dəqiqədə qapılara qol vurulmayıb.

ETOPAZ

Əvvəlki yazı

Qanadan çətin qələbə

Növbəti yazı

60 ilin ən məhsuldar heç-heçəsi