Braziliya Amerika kubokuna itki ilə yollanacaq
“Əl-Hilal”ın futbolçusu Neymarın Amerika kubokunda oynamayacaq. Bunu Braziliya millisinin həkimi Rodriqo Lasmar açıqlayıb.
O bildirib ki, hücumçu ən yaxşı halda 2024-cü ilin avqustunda meydanlara dönəcək. Amerika kuboku isə iyunun 20-dən iyulun 14-dək keçiriləcək.
Qeyd edək ki, Neymar Braziliya millisinin Uruqvayla matçında (0:2) zədələnib.