Braziliya 19-a çatdı
Braziliya yığması ardıcıl 19-cu mundialın açılış oyununda məğlub olmayıb. “Sambaçılar” bu seriyanı Qətərdə keçirilən dünya çempionatında da davam etdirib.
Qrup mərhələsinin ilk turunda Serbiyanı üstələyən (2:0) “pentakampeonlar” indiyə qədər planetin ən nüfuzlu turnirinə 16 dəfə qələbə, 3 dəfə heç-heçə ilə başlayıb. Braziliya yığması yalnız iki dəfə startda məğlubiyyətə üzülüb. Bu da ilk iki dünya çempionatına təsadüf edib. Komanda DÇ-1930-da Yuqoslaviyaya (1:2), DÇ-1934-də isə İspaniyaya (1:3) yenilib.
Serbiya isə müstəqil ölkə kimi dünya çempionatında keçirdiyi 10 oyundan 8-də (80 faizində) məğlub olub. Bu, mundiallarda ən azı 10 görüş keçirən komandalar arasında ən yüksək göstərici faizidir.