Braziliya 1/8 finalda

Braziliya 1/8 finalda

Dünya çempionatında 2-ci turun oyunları keçirilir. Braziliya İsveçrə ilə qarşılaşıb.

Görüş “sambaçılar”ın üstünlüyü ilə keçib. Bir neçə təhlükəli hücum yaradan cənubi amerikalılar Vinisius Cuniorla hesabı açıb. Lakin VAR qolu oyundankənar vəziyyət səbəbindən ləğv edib. Bundan sonra hücumlarının kəsərini artıran braziliyalılar istəyinə çatıb. Kasemiro 83-cü dəqiqədə komandasına qələbə qazandırıb – 1:0.

Bununla da, Braziliya 1/8 final mərhələsinə vəsiqəni təmin edib.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada bərabərlik günü

Növbəti yazı

45000-ci xal