“Brayton”un Hummels arzusu
“Brayton” müdafiə xəttini gücləndirmək niyyətindədir. Klub Mats Hummelslə maraqlanır.
Bunu komandanın baş məşqçisi Fabian Hurtzeler təsdiqləyib. O, bildirib ki, keçidin alınması futbolçunun özündən asılıdır:
“Bizim qarşılıqlı hörmətimiz, müsbət ünsiyyətimiz var. O, kluba qoşulmağa 100% hazır olub-olmadığına qərar verəbilən oyunçudur”.