“Brayton”un futbolçusu “Liverpul”un hədəfində
“Liverpul” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir. Klub “Brayton”un yarımmüdafiəçisi Moizes Kaysedo ilə maraqlanır.
İngiltərə təmsilçisi 50 milyon avroluq təklif hazırlayır. “Qağayılar” 20 yaşlı ekvadorlunun satılmadığını bildirib. Lakin mersisaydlılar cəhd etməyə davam etməkdə qərarlıdır.
Yarımmüdafiəçi 2021-ci ildə “Brayton”a keçib. Onun hazırkı müqaviləsi 2025-ci ildə başa çatır.