“Brayton”da yeni müqavilə
“Brayton” daha bir futbolçusunu komandada saxlayıb. Klub yarımmüdafiəçisi Adam Lallana ilə müqavilənin müddətini uzadıb.
34 yaşlı ingiltərəli ilə yeni müqavilə 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədə olacaq. O, 2020-ci ilin iyulundan “qağayılar”ın şərəfini qoruyur.