Bravo karyerasını başa vurdu

Bravo karyerasını başa vurdu

Daha bir ulduz futbolla vidalaşıb. Çili millisinin sabiq qapıçısı Klaudio Bravo karyerasını başa vurub.

Cənubi amerikalı qolkiper 41 yaşında bu addımı atıb. O, karyerası ərzində “Kolo-Kolo”, “Real Sosyedad”, “Barselona”, “Mançester Siti” və “Betis”də forma geyinib. Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olmuş Bravo Amerika kubokunun ikiqat çempionudur.

Qeyd edək ki, Klaudio millidə 150 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

Vermiren “Leypsiq”də

Növbəti yazı

Buffona xüsusi mükafat