Braun “Sakramento”nun baş məşqçisi olacaq
“Sakramento”nun yeni baş məşqçisinin adına aydınlıq gəlib. “Kinqz”i Mayk Braun çalışdıracaq.
Mütəxəssislə 4 mövsümlük müqavilə nəzərdə tutulub. Brauna “Sakramento”nu 16 ildən sonra pley-offa çıxarmaq tapşırılıb.
Qeyd edək ki, Braun 2016-cı ildən “Qolden Steyt”də Stiv Kerrin köməkçisi vəzifəsində çalışır.