Brahim Diaz zədələndi

Brahim Diaz zədələndi

“Real”da ciddi itki baş verib. Komandanın yarımmüdafiəçisi Brahim Diaz zədələnib.

Onun İspaniya çempionatının 6-cı turunun “Atletiko” ilə matçında çiynindən xəsarət aldığı məlum olub. Lakin futbolçu oyunu başa vura bilib.

24 yaşlı ispaniyalı 70-ci dəqiqədə Toni Kroosu əvəzləyərək meydana daxil olub və qaydanı pozaraq zədələnib. Futbolçuya iynə vurulub və o, matçı şiddətli ağrı ilə başa vurub.

e-Topaz

Əvvəlki yazı

Messi final matçını buraxdı

Növbəti yazı

Osimhen La Liqa nəhəngi yolunda