“Böyük dəbilqə”də rekord

“Böyük dəbilqə”də rekord

Hindistanlı tennisçi Rohan Bopanna “Böyük dəbilqə” turnirlərinin tarixinə düşüb. O, bu yarışlarda finala yüksələn ən yaşlı idmançı adını qazanıb.

Asiyalı bu uğura “US Open”də imza atıb. Bopanna avstraliyalı Metyu Ebdenlə cütdə yarımfinal səddini adlayıb.

Hindistanlı finala 43 yaş 187 günlüyündə çıxıb. 13 il əvvəl də “US Open”də cütlərin yarışında finala yüksələn Bopanna “Böyük dəbilqə”də ikinci dəfə həlledici matç oynayacaq.

ETOPAZ

Əvvəlki yazı

Raul “Vilyarreal”ın hədəfində

Növbəti yazı

“Dördlər finalı” Barselonada