“Böyük beşlik”də oynamayan ən bahalı “11-lik”
“Böyük beşlik”də oynamayan futbolçulardan ibarət rəmzi komanda açıqlanıb. Hər mövqedə transfer qiymətinə görə ən bahalı futbolçu heyətə daxil edilib.
Bu komandanın ümumi qiyməti 452 milyon avro olub.
Qapıçı: Dioqo Koşta (“Porto”, 45 milyon)
Müdafiəçilər: David Hanko (“Feyenord”, 30 milyon), Qonsalu İnasiu (“Sportinq”, 30 milyon), Antoniu Silva (“Benfika”, 45 milyon), Lutsarel Gertruyda (“Feyenord”, 35 milyon)
Yarımmüdafiəçilər: Sergey Milinkoviç-Saviç (“Əl-Hilal”, 50 milyon), Fabinyo (“Əl-İttihad”, 42 milyon), Marko Verratti (“Əl-Ərəbi”, 40 milyon)
Hücumçular: Neymar (“Əl-Hilal”, 60 milyon), Santyaqo Ximenes (“Feyenord”, 40 milyon), Lionel Messi (“İnter Mayami”, 35 milyon).