“Böyük beşlik”də ilk
La Liqanın 32-ci turunda aprelin 15-də keçiriləcək “Real Sosyedad” – “Betis” oyunu ilklə yadda qalacaq. Belə ki, görüş sosial media platforması olan “Tiktok”da canlı yayımlanacaq.
Bununla da qarşılaşma “Böyük beşlik” ölkələrinin tarixinə düşəcək. Matç “Tiktok”da canlı yayımlanacaq ilk qarşılaşma olacaq.