“Böyük beşlik” klublarına dəyən zərər açıqlandı

“Böyük beşlik” klublarına dəyən zərər açıqlandı


“Böyük beşlik” liqalarında oyunların tamaşaçısız keçirilməsinin klublara vurduğu zərərin məbləği bəlli olub. Bunu KPMG auditor şirkətinin araşdırmaları müəyyənləşdirib. Koronavirusa görə boş tribunalar önündə oynamalı olan klublar ümumilikdə 2,5 milyard avro itirib.
2020-ci ilin martından dayandırılan çempionatlar sonradan boş tribunalar önündə keçirilib. Bu üzdən 2020/21 mövsümündə İngiltərə, Fransa, İspaniya, İtaliya və Almaniyada qarşılaşmalar demək olar tamaşaçısız baş tutub.

ETOPAZ

Əvvəlki yazı

Cokoviç “Lacoste” ilə anlaşmanı uzatdı

Növbəti yazı

“Çelsi”nin futbolçusu “Atalanta”da