“Böyük beşlik” fəth olundu
Karlo Ançelotti tarixi nailiyyətə imza atıb. “Real”ın baş məşqçisi “Böyük beşlik” liqalarının hamısında çempion olan ilk mütəxəssis kimi tarixə düşüb.
Onun bu uğuru La Liqanın 34-cü turunda rəsmiləşib. “Espanyol” üzərində 4:0 hesablı qələbə qazanan Madrid klubu sona 4 tur qalsa da, çempionluğu təmin edib.
Bunadək “Böyük beşlik”də 4 ölkənin çempionu olan Ançelotti İspaniyada da eyni uğura imza atıb. “Böyük beşliy”in fəthinə 2003/04 mövsümündə İtaliyada “Milan”la başlayan mütəxəssis İngiltərədə “Çelsi”ni (2009/10), Fransada PSJ-ni (2012/13), Almaniyada “Bavariya”nı (2016/17) qızıl medallara daşıyıb.