Bounsdan rekord

Bounsdan rekord

“Denver”in basketbolçusu Bouns Haylend karyerasının rekorduna imza atıb. O, “Yuta” ilə qarşılaşmada fərqlənib.

22 yaşlı basketbolçu 117:101 hesablı qələbəyə 7 üçxallıq atışla töhfə verib. Bu, Bounsun karyerasında ən yüksək göstəricidir. O, bunadək bir matçda üçxallıq atış sayında belə nəticə göstərməyib. 24 dəqiqə meydanda olan basketbolçu 26 xal, 3 ötürmə, 1 ribaund və 1 topalmaya imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi” və “Kəpəz”dən böyükhesablı qələbə

Növbəti yazı

“Flamenqo”dan üçüncü zəfər