“Boston”da üç müqavilə
“Boston” üç basketbolçusu ilə müqavilələri uzadıb. Bunlar Peyton Pritçard, Romeo Lenqford və Qrant Uilyamsdır.
Hər üç oyunçu ilə anlaşma əvvəlki müqavilənin bəndinə əsasən uzadılıb. Onlar 2022/23 mövsümünün sonunadək “Boston”da qalacaqlar. Uilyams cari mövsümün bütün oyunlarında iştirak edib. O, 6 matçda orta hesabla 9,8 xal toplayıb.
Pritçard hər qaşılaşmada 3,4 xal yığıb. Üç oyunda iştirak edən Lenqford komandasına orta hesabla 6 xal gətirib.