“Boston”da itki

“Boston”da itki

“Boston” mərkəz oyunçusu Robert Uilyamsı itirib. Məşqdən kənar qalan basketbolçu pley-offun ikinci mərhələsinin 7-ci oyununu da buraxa bilər.

Onun “Miluoki” ilə matçdakı iştirakı sual altındadır. Sol dizində ağrılar olan Uilyamsın taleyinə görüşdən öncə aydınlıq gəlməlidir.

Robert seriyanın son üç qarşılaşmasını da buraxıb. O, cari mövsümün pley-offundakı 5 matçda 6,2 xal, 4,8 ribaund və 1,8 blok-şotla fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”un tarixində ilk

Növbəti yazı

Matteo “Rolan Qarros”dan kənar qaldı