“Boston Seltiks”də yeni müqavilə

“Boston Seltiks”də yeni müqavilə


“Boston Seltiks” basketbolçusu Coş Riçardsonla müqaviləni uzadıb. Müdafiəçi ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Boston təmsilçisi oyunçunu 2023-cü ilədək heyətində saxlayıb. Riçardson qarşıdakı iki mövsüm ərzində 24 milyon dollar qazanacaq.
Coş mövsümlərarası fasilədə “Seltiks”ə keçib. O, “Dallas”la oyunçu dəyişikliyindən sonra yeni klubuna qoşulub. Riçardson ötən mövsüm 59 oyunda orta hesabla 12,1 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

Umtiti “Barselona”dan getməkdən imtina etdi

Növbəti yazı

“Real”da yeni müqavilə