“Borussiya”nın yarımmüdafiəçisi “Çelsi”nin hədəfində
“Çelsi” Dortmund “Borussiya”sının yarımmüdafiəçisinə “elçi düşüb”. “Zadəganlar” Cud Bellinqhemin xidmətində maraqlıdır.
Artıq klub rəhbərliyinin futbolçunun agenti ilə əlaqə yaratmağa çalışdığı iddia edilir. Bellinqhemlə bir sıra Premyer Liqa klubları da maraqlanır.