“Borussiya”nın idman direktoru Allerin durumundan danışdı
Dortmund “Borussiya”sının idman direktoru Sebastyan Kel açıqlama verib. O, hücumçu Sebastyan Allerin məşqlərə qayıtmasına münasibət bildirib:
“Onun futbola qayıtması ilə bağlı çox ehtiyatlıyıq. Prosedurlar arasında qaçışla məşğul olurdu. Lakin qaçmaqla gündə iki dəfə futbol komandası ilə məşq etmək çox fərqlidir”.
Qeyd edək ki, uzun müddət xərçəngdən əziyyət çəkən Aller yanvarın 3-də komanda ilə məşqlərə qayıdıb.