“Borussiya”nın futbolçusu Premyer Liqa yolunda

“Borussiya”nın futbolçusu Premyer Liqa yolunda

“Borussiya”nın futbolçusu Ceymi Bayno-Gittens komandanı tərk etməyə yaxındır. O, bir çox Avropa klublarının maraq dairəsinə düşüb.

İngiltərənin 4 klubu 20 yaşlı hücumçu ilə maraqlanır. “Tottenhem”, “Liverpul”, “Arsenal” və “Çelsi” yayda Gittensi heyətinə cəlb etməyi planlaşdırır. Dormundlular ingilis futbolçunu 100 milyon avrodan ucuz satmaq niyyətində deyillər.

Qeyd edək ki, Ceyminin “Borussiya” ilə 2028-ci ilin yayına kimi müqaviləsi var. O, bu mövsümdə meydana çıxdığı 12 oyunda 1 qol vurub, 3 ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan böyükhesablı qələbə

Növbəti yazı

Yoro məşqlərə start verəcək