“Borussiya”nın baş məşqçi postuna yeni namizəd
Mönhenqladbax “Borussiya”sının baş məşqçisi postuna yeni namizədin adına aydınlıq gəlib. “Norviç”in və “Krasnodar”ın sabiq baş məşqçisi Daniel Farke kluba başçılıq edə bilər.
Həmçinin, “Mançester Siti”nin sabiq müdafiəçisi Vinsent Kompani də namizədlər sırasındadır. Lakin o, “Bernli”yə keçməyə yaxındır.