“Borussiya”dan “Hoffenhaym”a
“Borussiya Dortmund”un futbolçusu Kol Kembell komandanı tərk edib. 19 yaşlı vinger “Hoffenhaym”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, ABŞ-li oyunçu cari mövsümün sonuna qədər “Hoffenhaym”ın formasını geyinəcək.
Qeyd edək ki, Kol 2022-ci ildən “Dortmund”da çıxış edir.













