“Borussiya”dan “Çelsi”yə qayıtdı

“Borussiya”dan “Çelsi”yə qayıtdı

“Çelsi” Dortmund “Borussiya”sına icarəyə verdiyi Aaron Anselminonu geri çağırıb. Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisi argentinalı futbolçunun icarə müqaviləsinə vaxtından əvvəl xitam verib.

20 yaşlı mərkəz müdafiəçisi mövsümün ikinci yarısında “Çelsi”nin formasını geyinəcək.

Qeyd edək ki, Dortmund “Borussiya”sı Aaron Anselminonu mövsümün əvvəlində icarəyə götürmüşdü.

ETOPAZ

Əvvəlki yazı

Ayaz Quliyev “Arsenal”da

Növbəti yazı

“Valensiya”dan yeni transfer