“Borussiya”dan 140 milyonluq tələb
Dortmund “Borussiya”sı futbolçusu Cud Bellingemin taleyinə aydınlıq gətirmək istəyir. Bu məqsədlə klub rəhbərliyi, futbolçu və onun nümayəndələri arasında görüş keçiriləcək.
Almaniyalılar yanvarın 6-dakı tədbirdə ingiltərəlinin yekun qərarını bilmək niyyətindədir. “Borussiya” onun getmək istədiyi halda tələb edəcəyi məbləği də müəyyənləşdirib.
Bundesliqa klubu 100 milyon avro və bonuslar kimi əlavə 40 milyon istəyir. Cudu ələ keçirməyə əsas namizəd “Real”dır.
Qeyd edək ki, Bellingem mövsümün “Borussiya”da keçirdiyi 22 matçında 9 qol və 3 assistə imza atıb.