“Borussiya”da yeni müqavilə
Emre Canın “Borussiya”dakı taleyinə aydınlıq gəlib. Yarımmüdafiəçi Dortmund klubu ilə müqaviləni uzadıb.
Bunu Almaniya təmsilçisinin mətbuat xidməti açıqlayıb. 29 yaşlı futbolçu 2026-cl ilin yayına qədər Bundesliqa klubunda qalacaq.
Can 2020-ci ildən “Borussiya”da çıxış edir. O, bu müddətdə 121 oyun keçirib.