“Borussiya”da yeni müdafiəçi
Dortmund “Borussiya”sı heyətinə yeni futbolçu qatır. “Qara-sarılar” Mönhenqladbax “Borussiya”sının üzvü Rami Bensebayni ilə müqavilə imzalayıb.
O, növbəti mövsümdən Dortmund klubunda çıxış edəcək. Əlcəzairli legioner yeni komandasına azad agent kimi keçəcək. 27 yaşlı müdafiəçi artıq müqavilə də imzalayıb.
Rami Bundesliqanın 22 matçında 5 qol vurub.