”Borussiya”da ayrılıq
“Borussiya Münhenqladbax” baş məşqçisi Xerardo Seoane ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı isveçrəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, “Borussiya” Bundesliqada 3 turdan sonra 1 xalla 16-cı sırada qərarlaşıb.












