“Borussiya” və “Benfika”dan qələbə
Çempionlar Liqasında 1/8 finalın daha iki oyunu keçirilib. “Borussiya” “Çelsi”ni, “Brügge” “Benfika”nı qəbul edib.
Dortmunda keçirilən matç qarşılıqlı hücumlarla keçib. Tərəflərin səylərinə baxmayaraq, görüşdə bir qol vurulub. 63-cü dəqiqədə Kərim Adeyemi meydan sahiblərinə qələbə gətirən topun müəllifi olub – 1:0.
Belçikada baş tutan oyunda isə qonaqlar daha fəal olub. İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında portuqaliyalıların üstünlüyü özünü hesabda göstərib. 51-ci dəqiqədə Joao Mario 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Görüşün 88-ci dəqiqəsində David Neres oyunda son nöqtəni qoyub. Beləcə, “Benfika” səfərdən 2:0 hesablı qələbə ilə ayrılıb.