“Borussiya” Sançonu heyətinə qatmağa yaxındır
“Mançester Yunayted” Ceydon Sanço ilə yollarını ayırmaq üzrədir. Lakin klub onu icarəyə göndərsə belə, maaşını ödəməyə davam edəcək.
Hücumçu “Borussiya”ya keçməyə yaxındır. Amma onun aldığı həftəlik 290 min funt-sterlinq məvacib dortmundlular üçün çox yüksəkdir. Klub ödənişlərin yalnız üçdə birini öz üzərinə götürməyə hazırdır. “Qırmızı şeytanlar” futbolçuya həftədə təxminən 100 min funt-sterlinq ödəməli olacaq.