“Borussiya” Allerə əvəzləyici tapdı
Dortmund “Borussiya”sı xərçəng diaqnozu qoyulan hücumçu Sebastyen Alleri əvəzləmək qərarına gəlib. Klub onun yerinə yeni forvard axtarışına çıxıb.
“Borussiya” “Köln”ün hücumçusu Antoni Modesti heyətinə qatmağa hazırlaşır. Ötən mövsüm o, bütün turnirlərdə 35 matçda 23 qol vurub.