“Bornmut”dan yeni transfer
“Bornmut” heyətini yeni qapıçı ilə gücləndirib. Premyer Liqa təmsilçisi Freyzer Forsterlə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı qolkiperlə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Freyzer Forsterin son klubu “Tottenhem” olub.










