“Bornmut”dan “Brentford”a

“Bornmut”dan “Brentford”a

Danqo Uattara komandasını dəyişib. O, “Bornmut”dan “Brentford”a keçib.

“Arılar” 23 yaşlı vingerin transferini klub tarixində rekord məbləğə rəsmiləşdirib. Tərəflər 5 illik müqavilə imzalayıb, əlavə olaraq 1 mövsüm uzadılma imkanı da nəzərdə tutulub.

“Brentford” Burkina-Faso millisinin üzvü üçün 37 milyon funt-sterlinq ödəyəcək. Bundan başqa, 5 milyon funt bonus da şərtlərə daxildir.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada Uattara 32 oyuna çıxıb, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya” Superkubokun qalibi oldu

Növbəti yazı

“Neftçi”də yubiley