Bono ”Əl Hilal” yolunda
“Əl Hilal” heyətinə yeni futbolçu qatacaq.“Sevilya”nın qapıçısı Yasin Bono karyerasını Asiya klubunda davam etdirəcək.
Onun transferi ilə bağlı razılıq əldə olunub. İspaniya klubu 19+2 milyon avro qazanacaq. Mərakeş millisinin 32 yaşlı qapıçısının nümayəndələri onun şəxsi müqaviləsinin detallarını müzakirə edir. O, 3 illik anlaşma imzalayacaq.