“Bolonya”dan növbəti transfer
“Atalanta”da ayrılıq baş verib. Nikolo Kambyaki komandanı tərk edib.
O, karyerasını “Bolonya”da davam etdirəcək. Bunu klubun mətbuat xidməti açıqlayıb. Tərəflər 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, hücumçu son iki mövsümü icarə əsasında “Empoli”də keçirib.