“Bolonya”da yeni vinger
“Bolonya” heyətini yeni futbolçu ilə gücləndirib. İtaliya klubu Dan Ndoyeni transfer edib.
Vinger üçün “Bazel”ə 8 milyon avro ödənilib. 22 yaşlı isveçrəli ötən mövsüm 54 matç keçirib.
O, 7 qol vurub və 5 assistə imza atıb. Cari mövsümdə 4 oyuna çıxan Ndoye 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.