Bolldan 40 ilin rekordu

Bolldan 40 ilin rekordu


“Şarlot” NBA-nın növbəti oyun günündə “Leykers”lə qarşılaşıb. Oyunda Los-Anceles təmsilçisi 126:123 hesabı ilə qalib gəlib. Bu görüş “Hornets”in basketbolçusu Lamelo Boll üçün uğurlu alınıb.

20 yaşlı oyunçu son 40 ilin rekorduna imza atıb. O, bir matçda 25 xal, 15 ribaund və 12 ötürmə edən ən gənc basketbolçu olub.
Bu, onun NBA-da ikinci tripl-dablıdı. Boll “Şarlot”un heyətində buna ən azı iki dəfə nail olan 7-ci oyunçu olub.

Qeyd edək ki, Lamelo keçən mövsüm NBA-nın ən yaxşı debütantı seçilib. Bu, onun liqada ikinci mövsümüdür.

ETOPAZ

Əvvəlki yazı

Falkao yenidən zədələndi

Növbəti yazı

Messi meydana qayıdır