Boks yenidən Olimpiada proqramında

Boks yenidən Olimpiada proqramında

Boks 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramında yer alacaq. Bununla bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Yunanıstanın Kosta-Navarino şəhərində davam edən 144-cü sessiyasında verilib.

Beynəlxalq Boks Assosiasiyası (IBA) ilə bağlı narahatlıqlar səbəbindən boks 2022-ci ilin fevralında (BOK) sessiyasının təsdiq etdiyi qərara əsasən Los-Anceles-2028-in proqramından çıxarılmışdı.

Qeyd edək ki, Olimpiada 2028-ci ilin iyulunun 14-30-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 21.03.2025

Növbəti yazı

Ayxan Abbasov Emre Belözoğlu ilə görüşdü