“Bodo Qlimt”dən qələbə, Fransada bərabərlik
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyunlar çərçivəsində 4 matç baş tutub.
“Bodo Qlimt” öz meydanında “Latsio”nu məğlub edib. Vikinqlər qonaqların qapısından iki cavabsız top keçiriblər.
Digər 3 oyunda qalib müəyyənləşməyib. “Reyncers” – “Atletik” görüşündə qapılara qol vurulmayıb. Qonaqlar qələbəyə yaxın olsalar da, penaltidən istifadə edə bilməyiblər. “Tottenhem” “Ayntraxt”ı sınağa çəkib. Oyunlar 1:1 hesabı ilə yekunlaşıb.
“Lion” öz meydanında “Mançester Yunayted”lə heç-heçə oynayıb – 2:2.
Qeyd edək ki, cavab oyunları aprelin 17-də keçiriləcək.
Avropa Liqası
1/4 final, ilk oyunlar
10 aprel
“Bodo Qlimt” – “Latsio” – 2:0
Qollar: Saltnes, 47; 69
“Lion” – “Mançester Yunayted” – 2:2
Qollar: Almada, 25. Çerki, 90+5 – Yoro, 45+5. Zirkzee, 88
“Reyncers” – “Atletik” – 0:0
“Tottenhem” – “Ayntraxt” – 1:1
Qollar: Porro, 26 – Etikite, 6