Blatterlə Platiniyə növbəti ittiham

Blatterlə Platiniyə növbəti ittiham

FİFA-nın sabiq prezidenti Yozef Blatter və UEFA-nın keçmiş rəhbəri Mişel Platini növbəti dəfə ittihamların hədəfinə çevrilib. İsveçrənin baş prokurorluğu onları fırıldaqçılıqda ittiham edir.

Qurumun bəyanatında bildirilir ki, Blatter fırıldaqçılıq, vəsaitlərin qanunsuz mənimsənilməsi və sənədlərin saxtalaşdırılmasında günahlandırılır. Platini fırıldaqçılıqda, vəsaitlərin mənimsənilməsində iştirakda və sənədlərin saxtalaşdırılmasında ittiham edilir. Sabiq futbol məmurları 2 milyon İsveçrə frankı (2,19 dollar) mənimsəməkdə günahkar sayılır.

ETOPAZ

Əvvəlki yazı

“Nyukasl” Emerini “Brayton”la oyunadək gətirəcək

Növbəti yazı

“Aston Villa” baş məşqçisini dəyişir