Blatter İranın dünya çempionatına getməsinə qarşı çıxdı

Blatter İranın dünya çempionatına getməsinə qarşı çıxdı

İran yığmasının Qətərdə keçiriləcək dünya çempionatına buraxılmasına qarşı çıxanlardan biri də FIFA-nın sabiq prezidenti Zepp Blatterdir. İsveçrəli keçmiş funksioner Asiya təmsilçisinin DÇ-2022-dən kənarlaşdırılmasının vacibliyini vurğulayıb.

Onun bu qənaətə gəlməsinə səbəb polis tərəfindən saxlanılan qadının ölümü ilə bağlı baş verən kütləvi etirazlardır:

“İran dünya çempionatından kənarlaşdırılmalıdır. Əgər mən hələ də FIFA prezidenti olsaydım, şübhəsiz ki, İranı mundiala buraxmazdım”.

Qeyd edək ki, İran yığması DÇ-2022-də İngiltərə, ABŞ və Uelslə eyni qrupda yer alır. Komanda ilk oyununu noyabrın 21-də İngiltərəyə qarşı keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

“Şamaxı”dan növbəti qələbə

Növbəti yazı

Bundesliqada 400-cü oyun