Bizlidən klub rekordu

Bizlidən klub rekordu

Malik Bizli “Minnesota”nın tarixinə düşüb. Hücumçu klubun yeni rekordunun müəllifi olub.

O, bir matçdakı dəqiq üçxallıq atışlarda rekord vurub. Bizli “Oklahoma” ilə oyunda fərqlənib.

Malik 132:102 hesablı qələbəyə 11 üçxallıq atışla töhfə verib. Onun 17 cəhdindən altısı isə dəqiq alınmayıb. Bu, həm də mövsümün rekordunun təkrarıdır. “Yuta”dan Boyan Boqdanoviç də 11 üçxallıqla fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

“Fənərbaxça” Lövlə anlaşdı

Növbəti yazı

“İnter” İnzaqini saxlayır