Bismak “Finiks”də
“Finiks” Bismak Biyombonu heyətinə qatmağa qərar verib. 29 yaşlı basketbolçu ilə 10 günlük müqavilə imzalanması planlaşdırılır.
O, bu müddətdə özünü yaxşı tərəfdən göstərə bilsə, daha uzunmüddətli anlaşma imzalaya bilər. “Sanz”ın iki mərkəz oyunçusu karantinə alınıb.
Deandre Eyton və Caveyl Makqinin yoxluğunda Bismakla müqavilə zərurəti yaranıb. Ötən mövsüm “Şarlott”da 66 matça çıxan Biyombonun orta göstəriciləri 5,0 xal, 5,3 ribaund və 1,1 blok-şot olub.