“Birbaşa Bakı” çempion oldu

“Birbaşa Bakı” çempion oldu

Minifutbol üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub. Həlledici oyunda “Zirə” və “Birbaşa Bakı” komandaları üz-üzə gəlib.

Oyunun birinci hissəsində hesab açılmayıb. Fasilədən sonra “Birbaşa Bakı” iki qol vuraraq, Azərbaycan çempionu olub.

Həlledici matçlar Bakı Tennis Akademiyasında keçirilib. Bürünc medallar uğrunda oyunda “Aznur” və “Galaxy” qarşılaşıb. Görüşün əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan “Aznur” 3:1 hesabı ilə qalib gəlib.

Minifutbol üzrə Azərbaycan çempionatı
11 mart
3-cü yer uğrunda matç

“Aznur” – “Galaxy” – 0:0, pen. 3:1

Final
“Zirə” – “Birbaşa Bakı” – 0:2

ETOPAZ

Əvvəlki yazı

“Barselona”, “İnter”, “Bavariya” və PSJ 1/4 finalda

Növbəti yazı

Rafinyadan yeni rekord