Bir mükafata dörd namizəd
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər bəlli olub. Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına 4 namizəd var. Bu oyunçuıar “Sevilya”dan İvan Rakitiç və Erik Lamela, “Roma”dan Nemanya Matiç və “Bayer”dən Florian Virtsdir.
Mükafatın sahibi azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Sorğu UEFA-nın saytı vasitəsilə aparılacaq.