Bill Rassel vəfat etdi
NBA-nın əfsanəvi oyunçusu Bill Rassel vəfat edib. O, 88 yaşında dünyaya gözlərini yumub.
Rassel titul sayına görə liqa rekordunun sahibidir. O, 13 mövsümdə (1956-1969) “Boston” ilə 11 dəfə NBA çempionu olub. Basketbolçu həmçinin beş dəfə mövsümün MVP mükafatını qazanıb və 12 dəfə All-Star oyununda iştirak edib.