Beylin durumuna aydınlıq gəldi
İspaniyanın “Real” klubunun futbolçusu Qaret Beylin durumuna aydınlıq gəlib. Uels millisinin hücumameylli yarımmüdafiəçisi tibbi müayinədən keçib. Onun “Selta” ilə La Liqanın IV turunun oyunu (5:2) ərəfəsində məşq zamanı aldığı zədənin ağırlığı üzə çıxıb. Beyl milli komandaların oyunlarına qədər olan 6 matçı buraxacaq. Oktyabrın ortalarında Qaretin durumu həkimlər tərəfindən yenidən qiymətləndiriləcək.
Xatırladaq ki, Beyl cari mövsümün 3 oyununda 1 qol vurub.