Beyldən yeni rekord 

Beyldən yeni rekord

DÇ-2022-nin altıncı oyun gününə start verilib. B qrupunun Uels – İran matçı yeni rekordla əlamətdar olub.


Qarşılaşmaya start heyətində çıxan Qaret Beyl Uels millisinin tarixinə düşüb. Yarımmüdafiəçi yığmada ən çox oyun keçirən futbolçu adına yiyələnib.


Bu matç onun millidə 110-cu oyunudur. Qaret Kris Qanterin rekordunu yeniləyib. İranla qarşılaşmada ehtiyatda qalan sonuncunun hesabında 109 görüş var. Beyl həm də 41 qolla millinin bombardiridir.


Qeyd edək ki, hazırda davam edən matçda hesab açılmayıb.

e-Topaz

Əvvəlki yazı

“Apple” “Mançester Yunayted”i almaq istəmir

Növbəti yazı

Amrabat “Fiorentina”da qaldı